Komitə Ermənistan və Türkiyə arasında münasibətlərin “barışıq, regional sabitlik və təhlükəsizlik” maraqları naminə normallaşmasının tərəfdarıdır.
Tribunainfo.az xəbər verir ki, Avropa Parlamentinin Komitəsi Ankaranı erməni soyqırımını tanımağa çağırıb. Ermənistanın Aİ-dəki nümayəndəliyinin məlumatına görə, bu barədə Türkiyə Komitəsinin 2022-ci il üzrə hesabatında deyilir.
Komitə Ermənistan və Türkiyə arasında münasibətlərin “barışıq, regional sabitlik və təhlükəsizlik” maraqları naminə normallaşmasının tərəfdarıdır.
O, iki ölkə arasında hava məkanının və sərhədin açılması kimi xüsusi nümayəndələrin əldə etdiyi razılaşmaların tezliklə həyata keçirilməsinə çağırır.
Qeyd edək ki, hesabatda indiyədək əldə edilmiş irəliləyiş alqışlanır və Ermənistanın baş nazirinin Türkiyə prezidentinin andiçmə mərasimində iştirakı məmnunluqla qeyd olunur.