Avropa Oyunları: Azərbaycan medal sıralamasında 24-cü yerdə qalıb

Avropa Oyunları: Azərbaycan medal sıralamasında 24-cü yerdə qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada keçirilən III Avropa Oyunlarının doqquzuncu günündən sonra Azərbaycanın aktivindəki medalların sayı dəyişməyib.

Tribunainfo.az-ın məlumatına görə, ölkə 2 qızıl, 1 gümüş və 5 bürünc medalla ümumi sıralamada 24-cü sıradakı yerini qoruyub.

İlk “üçlük”də isə dəyişiklik olub. Medal əyarına görə sıralamaya əvvəlki kimi İtaliya (21 qızıl, 21 gümüş, 26 bürünc) başçılıq edir. Ukrayna (19 qızıl, 10 gümüş, 7 bürünc) ikinci piləyə yüksəlib, İspaniya (18 qızıl, 12 gümüş, 14 bürünc) isə üçüncü yerə düşüb.

İndiyədək ümumilikdə 41 ölkə medal qazana bilib. Onlardan 33-ü çempionluq sevinci yaşaya bilib.