Avropa Məhkəməsi Ermənistana qarşı qərar qəbul etdi

Avropa Məhkəməsi Ermənistana qarşı qərar qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsan Haqları üzrə Avropa Məhkəməsi Ermənistana qarşı daha bir qərar qəbul edib. AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bu dəfə məhkəmə Ermənistan hökumətinin mənəvi zərər qarşılığında Karen Poqosyana 2 410 avro ödəməsinə dair qərar çıxarıb.
Qeyd edək ki, Poqosyan 18 noyabr 2009-cu ildə İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edərək haqlarının pozulduğunu bildirib. O, Ermənistan hökumətindən 92 min avro tələb edib. Poqosyanın iddialarına görə bu, qanunsuz elan edilərək ondan alınan daşınmaz əmlakın bazar qiymətidir.