Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçirilib.
“Report” xəbər verir ki, bu qarşılaşmalar yekunlaşdıqdan sonra ¼ finala vəsiqə qazanan bütün 8 komandanın adı müəyyənləşib.
Bunlar İtaliyanın “Latsio”, İspaniyanın “Atletiko”, Portuqaliyanın “Sportinq”, Fransanın “Marsel”, Almaniyanın “Leytspiq, İngiltərənin “Arsenal”, Avstriyanın “Zalsburq” və Rusiyanın MOİK klubarıdır.
Qeyd edək ki, ¼ final mərhələsinin püşkü martın 16-da keçiriləcək.
Avropa Liqası, 1/8 final, cavab görüşləri
20:00. “Lokomotiv” (Moskva, Rusiya) – “Atletiko” (Madrid, İspaniya) – 1:5
Qollar: Matsey Rıbus, 20 – Anxel Korrea, 16. Saul Niqez, 47. Fernando Torres, 65 (penalti ilə); 70. Antuan Qrizmann, 85
İlk oyun – 0:3
22:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Latsio” (İtaliya) – 0:2
Qol: Lukas Leyva, 23. Stefan de Vriy, 83
İlk oyun – 2:2
22:00. “Viktoriya” (Plzen, Çexiya) – “Sportinq” (Portuqaliya) – 2:1 (əlavə vaxtda – 0:1)
Qollar: Marek Bakos, 6; 65 – Rodriqo Battaqliya, 105
İlk oyun – 0:2
22:00. “Atletik” (Bilbao, İspaniya) – “Marsel” (Fransa) – 1:2
Qollar: İnaki Vilyams, 74 – Dmitri Payet, 38(penalti ilə). Lukas Okampus, 52
Qırmızı vərəqə: Aritz Aduriz, 77 (“Atletik”)
İlk oyun – 1:3
22:00. “Zenit” (Rusiya) – “Leyptsiq” (Almaniya) – 1:1
Qollar: Sebastian Driussi, 45 – Kevin Aqustin, 22
Qeyri-dəqiq penalti: Timo Verner, 82 (“Leyptsiq”)
İlk oyun – 1:2
00:05. “Arsenal” (İngiltərə) – “Milan” (İtaliya) – 3:1
Qollar: Dani Uelbek, 39 (penalti ilə); 86. Qranit Caka, 71 – Hakan Çalhanoğlu, 36
İlk oyun – 2:0
00:05. “Zaltsburq” (Avstriya) – “Borussiya” (Dortmund, Almaniya) – 0:0
İlk oyun – 2:1
00:05. “Lion” (Fransa) – MOİK (Moskva, Rusiya) – 2:3
Qollar: Maksvel Kornet, 58. Mariano Diaz, 71 – Alensandr Qolovin, 39. Ahmed Musa, 60. Pontus Vernblom, 65
İlk oyun – 1:0.