Avropa Liqasında 1/4 finalçılar bəlli olub – NƏTİCƏLƏR

Avropa Liqasında 1/4 finalçılar bəlli olub – NƏTİCƏLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan matçlardan sonra bütün 1/4 finalçılar müəyyənləşib.

Günə Rusiyada start verilib. İlk görüşdə “Atletiko”ya 0:3 hesabı ilə uduzan “Lokomotiv” doğma meydanda daha pis hesaba üzülüb. Moskvalılar avrokuboklarla darmadağınla vidalaşıb – 1:5.

Evdə “Arsenal”la bacarmayan “Milan” da səfərdən məyus dönüb – 3:1.

 Turnirin güclü komandalarından hesab olunan “Borussiya” ilk görüşdə gözlənilmədən doğma azarkeşləri önündə “Zalsburq”a uduzmuşdu. Dortmund təmsilçisi Avstriyadakı qarşılaşmada rəqibin müqavimətini qıra bilməyərək yarışdan kənarlaşıb – 0:0.

“Lion” – MOİK, “Atletik” – “Marsel”, “Dinamo” – “Latsio” və “Zenit” – “Leyptsiq” matçlarında isə qonaqlar növbəti mərhələyə adlayıblar.

Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları

15 mart

“Lokomotiv” (Rusiya) – “Atletiko” (İspaniya) – 1:5

Qollar: Ribus, 20 – Korrea, 17, Saul, 47, Torres, 65 (pen.), 70, Qrizman, 85

İlk oyun: 0:3

“Atletik” (İspaniya) – “Marsel” (Fransa) – 1:2

Qollar: Villiams, 74 – Paye, 38 (pen.), Okampos, 52

İlk oyun: 1:3

“Dinamo” (Kiyev, Ukrayna) – “Latsio” (İtaliya) – 0:2

Qollar: Leyva, 22, De Vrij, 83

İlk oyun: 2:2

“Viktoriya” (Plzen, Çexiya) – “Sportinq” (Portuqaliya) – 2:1 (əlavə vaxt)

Qollar: Bakoş, 6, 64 – Battalya, 105+2

İlk oyun: 0:2

 

“Zenit” (Rusiya) – “Leyptsiq” (Almaniya) – 1:1

 

Qollar: Driussi, 45+1 – Avqustin, 22

 

İlk oyun: 1:2

 

“Arsenal” (İngiltərə) – “Milan” (İtaliya) – 3:1

 

Qollar: Uellbek, 39 (pen.), 86, Caka, 71 – Hakan, 35

 

İlk oyun: 2:0

 

“Zalsburq” (Avstriya) – “Borussiya” D. (Almaniya) – 0:0

 

İlk oyun: 2:1

 

“Lion” (Fransa) – MOİK (Rusiya) – 2:3

 

Qollar: Kornet, 58, Diaz, 71 – Qolovin, 39, Musa, 60, Vernblum, 65

 

İlk oyun: 1:0