Avropa Liqası: “Qarabağ” “Bayer”i qəbul edəcək

Avropa Liqası: “Qarabağ” “Bayer”i qəbul edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti matçına çıxacaq.
Tribunainfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyanın “Bayer” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayacaq.
Görüşün baş hakimi fransalı Benua Bastyendir.

Avropa Liqası
1/8 final (ilk oyun)
7 mart
21.45 Qarabağ (Azərbaycan) – Bayer (Almaniya)
Baş hakim: Benua Bastyen (Fransa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qeyd edək ki, komandalar arasında cavab görüşü martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.