Bolqarıstan Avropa İttifaqının ən bədbəxt ölkəsi kimi tanınıb.
Qaynarinfo xəbər verir ki, bunu Avropa Statistika Agentliyinin (Eurostat) sorğusu sübut edir.
Bolqarıstan sakinləri həyatdan məmnunluqlarını 10 ballıq şkala üzrə 6 baldan az – 5,7 kimi qiymətləndiriblər.
Sorğu göstərir ki, Almaniya sakinləri özlərini o qədər də xoşbəxt hesab etmir. Onların həyatdan məmnunluq balı 6,5-dir. Almanlar narahatlıq və apatiyaya meylli olduqlarını etiraf ediblər. Onlar bu vəziyyəti iqtisadiyyatdakı problemlər və Ukraynadakı münaqişə ilə bağlı narahatlıqlarla əlaqələndirirlər. Bundan əlavə, Almaniya vətəndaşlarını narahat edən məsələlər arasında immiqrasiyanın artması və siyasi liderlərin qeyri-populyarlığı da var.
Növbəti yerləri Rumıniya, Polşa və Finlandiya tutur – 7,7 xal.
Qeyd edək ki, analoji tədqiqatın nəticələri yazda BMT-nin sifarişi ilə ekspertlər qrupu tərəfindən hazırlanan Dünya Xoşbəxtlik Hesabatında təqdim edilib. O zaman Finlandiya əhəmiyyətli fərqlə birinci yeri tutmuşdu.