Yerli QHT-lərlə təlimlərin növbəti mərhələləri davam etdiriləcək
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində 25 Noyabr 2017-ci ildə İmişli rayonunda yerli QHT nümayəndələrinin iştiraki ilə strateji planlaşdırma mövzusunda 3 günlük təlim keçirib.
TİA.AZ xəbər verir ki, təlimin məqsədi təşkilatların daha aktiv fəaliyyətləri üçün Strateji Planlaşdırma nədir – Strateji Planlaşdırmanı Niyə və Nə Vaxt etməli və üstünlükləri – Strateji Planlaşdırmanın Xüsusiyyətləri və Strateji Planlaşdırmada Əsas addımlar – SWOT Təhli l- Strateji Planı necə hazırlamalı – mövzularında bilik və bacarıqlarını artırmaq və qeyd olunan mövzular barəsində fikir mübadiləsi aparmaq, həmçinin təlim iştirakçılarına bu mövzularda məlumat verməkdir.
Təlimdə Sabirabad, Saatlı, İmişli, Beyləqan, Biləsuvar, Salyan, Lənkəran, Astara, Masallı, Hacıqabul rayonlarında fəaliyyət göstərən təşkilatların nümayəndələri iştirak etdi. 3 gün ərzində təşkil olunan təlimdə ekspertlər və iştirakçılar arasında qarşılıqlı müzakirələr və qrup işləri tədbiri daha maraqlı etdi.
Yerli QHT-lərlə təlimlərin növbəti mərhələləri davam etdiriləcək. Təlim proqramından əlavə layihə çərçivəsində nəzərdə tutlan digər fəalliyətlər də həyata keçirəcək: hökumətlə dialoq tədbiri, QHT evi, QHT-lərə dövlətin daha çox vəsait ayrıması barədə kampaniya, fondlar barədə kampaniya və sair fəaliyyətlər həyata keçiriləcəkdir.