“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və Vətəndaşların Maraqlarının Müdafiəsi” layihəsi çərçivəsində Sabirabad rayonunda bələdiyyə-icra hakimiyyəti və ictimai təşkilatlarla daha sıx əməkdaşlığın qurulması və birgə fəaliyyətlərin genişləndirilməsi məqsədi ilə yerli icra hakimiyyəti-bələdiyyə və ictimai təşkilatların nümayyəndələrinin iştirakı ilə 16 dekabr 2017-ci il tarixdə ictimai məlumatlandırma sessiyası keçirib.
TİA.AZ xəbər verir ki, tədbirdə vətəndaş cəmiyyəti insitutlarının, ictimai təşkilatların yerli hökumətlə münasibətlərin və əməkdaşlıq imkanlarının genişləndirilməsi, birgə fəaliyyətlərin təşkili, gorülə biləcək işlər müzakirə movzusu olub.
İctimai məlumatlandırma mövzusunda növbəti tədbirin Bakıda keçirilməsi planlaşdırılır.