Avropa İttifaqı Türkiyədə ölüm cəzasına moratoriumun götürülməsinə və müxalifətdən olan deputatların həbsinə görə ciddi narahatdır.
Avropa İttifaqı Türkiyədə ölüm cəzasına moratoriumun götürülməsinə və müxalifətdən olan deputatların həbsinə görə ciddi narahatdır.
TİA.AZ xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatiya rəhbəri Frederika Moqerininin bəyanatda deyilir.
Onun fikrincə, ölüm hökmünün bərpası haqqında parlamentə verilən təklif öyrənilməli, o cümlədən sosial şəbəkələrin
bağlanması, “Cumhuriyet” qəzetinin baş redaktoru daxil olmaqla onun əməkdaşlarının həbsi, söz azadlığına məhdudiyyətlərin
davam etməsi, həmçinin bir neçə deputatın tutulması narahatlıq hissi doğurur.
“Bu, insan hüquqlarına riayət olunmanı və hüququn aliliyini zəiflədə bilər, eləcə də Türkiyədə parlament demokratiyasını
nüfuzdan sala bilər”.
Aİ Türkiyəyə demokratik normaların qorunması və insan hüquqlarının müdafiəsi ilə bağlı çağırış edib.