Avropa İttifaqı Şurasının lideri Azərbaycan Prezidentinə zəng etdi

Avropa İttifaqı Şurasının lideri Azərbaycan Prezidentinə zəng etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Antonio Koşta təyyarə qəzası ilə bağlı dövlət başçısına və Azərbaycan xalqına başsağlığını çatdırıb, Avropa İttifaqının bu qəzanın hərtərəfli araşdırılması ilə bağlı ölkəmizin mövqeyini dəstəklədiyini bildirib.

Prezident İlham Əliyev başsağlığına görə təşəkkürünü ifadə edib.

Telefon söhbəti zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat, xüsusilə Transxəzər-Orta Dəhliz marşrutu üzrə daşımalar, Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizinin yaradılması layihəsi, Azərbaycanın Avropa İttifaqına üzv ölkələrə qaz ixracı və enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Həmçinin təmasların davam etdirilməsi razılaşdırılıb.