“Avropa İttifaqı Ermənistanla sərhədə qoşun yeridir və getdikcə sayını artırır. Adı mülki missiya olan monitorinq qrupunda hərbi kontingent olduğu şübhə doğurmur. Onların vəzifəsi hərbi-kəşfiyyat missiyasını yerinə yetirməkdir. Rusiya kor-kor, gör-gör bilir ki, onun vassalı əlindən çıxa bilər”. Bu sözləri Tribunainfo.az-a siyasi analitik Ramiyə Məmmədova açıqlayıb. Onun sözlərinə görə, Aİ bu addımları Rusiyanın Ermənistandan çıxarılması niyyəti ilə atır, lakin gedişat heç ürəkaçan deyil. Ekspert hesab edir ki, Paşinyan odla oynayır və belə getsə, Rusiya Ermənistanı ağır şəkildə cəzalandıracaq. Xatırladaq ki, Avropa İttifaqı Aİ Ermənistanla Azərbaycan arasındakı sərhəddə mülki missiyanın sayını artırır. Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel bildirib.
“Bu gün Aİ Şurası Ermənistandakı mülki missiyamızı gücləndirmək, oradakı mövcudluğumuzu 138 nəfərdən 209 nəfərə çatdırmaq qərarına gəlib” – deyə, o qeyd edib.