AVROPA İTTİFAQI ERMƏNİ HƏRBÇİLƏRİNƏ TƏLİM KEÇƏCƏK?

AVROPA İTTİFAQI ERMƏNİ HƏRBÇİLƏRİNƏ TƏLİM KEÇƏCƏK?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı İrəvanla hərbi təlimlər keçirmək və erməni hərbçilərə təlim keçmək niyyətində deyil. Tribunainfo.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasi xidmətinin rəsmi nümayəndəsi Peter Stano “İzvestiya”ya müsahibəsində bildirib.

“Aİ Ermənistanla birgə hərbi təlimlərin keçirilməsi imkanını nəzərdən keçirmir. Aİ hərbi ittifaq deyil, siyasi və iqtisadi birlikdir”, – Stano bildirib.

Eyni zamanda o, qeyd edib ki, Avropa İttifaqı ER Silahlı Qüvvələrinin hərbçilərinə Aİ-yə üzv dövlətlərin ərazisində təlim keçməyi planlaşdırmır.