Avropa Xarici Fəaliyyət Xidmətinin Brüsseldəki qərargahında aparılan axtarışlardan sonra Avropa diplomatiyasının keçmiş rəhbəri Federika Moqerini (2014-2019) saxlanılıb.
Tribuna.az xəbər verir ki, bu AFP məlumat yayıb.
O, Avropa Kollecində yeni Aİ Diplomatik Akademiyasının maliyyələşdirilməsi ilə bağlı tenderlə bağlı saxtakarlıqda şübhəli bilinir.
Avropa Prokurorluğu qeyd edib ki, bu işdə cəmi 3 nəfər saxlanılıb, lakin qalan şübhəlilərin adları hələlik açıqlanmayıb.










