Qadın şahmatçılar arasında Avropa çempionatında yeddinci turun görüşləri keçirilib.
Tribunainfo.az xəbər verir ki, bu raund Azərbaycan təmsilçilərinin dueli ilə yadda qalıb. Turnirdə məğlubiyyətsiz irəliləyən Ülviyyə Fətəliyeva Gövhər Beydullayevaya qalib gəlib – 1:0.
Hazırda aktivində 6,5 xalı olan Ü. Fətəliyeva liderdir. Gövhər Beydullayeva isə 5,5 xalla beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan şahmatçıları yeddinci turda ümumilikdə 5 qələbə, 2 heç-heçə və 3 məğlubiyyətlə yadda qalıblar.