Avropa Birliyində KRİTİK gərginlik – Orban böhranı…backend

Avropa Birliyində KRİTİK gərginlik – Orban böhranı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa liderləri bu gün keçiriləcək sammitdə daha əvvəl Ukraynaya yardıma veto qoyan Macarıstanın baş naziri Orbanın maneəsini aşmağa çalışacaqlar.

Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, Avropa İttifaqı əvvəlki sammitdə Ukraynaya qarşıdakı 4 il ərzində ümumilikdə 50 milyard avro yardıma veto qoyan və Brüsseli çox çətin vəziyyətdə qoyan Macarıstanın baş naziri Viktor Orbanın maneəsini aradan qaldırmaq yollarını axtarır.

Bu gün Brüsseldə başlayacaq fövqəladə xüsusi sammit yardımı təsdiqləyən 26 ölkə ilə ona veto qoyan Macarıstan arasında qarşıdurmaya səhnə olacaq. Zirvədən çıxmaq qərarı Orbanın müqavimət səviyyəsinə görə formalaşacaq.

Dəniz Pənahova