Avropa Birliyidə istehsal olunan enerjinin 17%-i artıq “yaşıl” qaynaqlıdır

Avropa Birliyidə istehsal olunan enerjinin 17%-i artıq “yaşıl” qaynaqlıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyi ərazisində istehlak olunan enerjinin 17,5%-i yenidən bərpa olunan qaynaqlardan istehsal edilir.

Musavat.com “euro-pulse” saytına istinadən xəbər verir ki, bu rəqəm 2008-ci ildə sadəcə 8,5% təşkil edirmiş.

İsveçdə istehlak edilən enerjinin yarısından çoxu (54,5%) bərpa olunan mənbələrdən gəlir. Onun arxasınca Finlandiya (41%), Latviya (39%) və Danimarka sıralanır. Bu sahədə ən aşağı göstərici Lüksemburqa (6,4%), Hollandiya (6,6%) və Maltaya (7,2%) aiddir.

Avropa Bilriyinin “Europe 2020” strategiyasına əsasən 2020-ci ildə Birlik daxilində yenilənə bilən enerjinin payı 20%-ə, 2030-cu ildə isə 32%-ə çatdırılmalıdır.

Bu gün İttifaqda elektrik enerjisinin 30%-i ekoloji qaynaqlı hesab olunur. Bu məsələdə nəqliyyat sahəsi ən aşağı göstəriciyə malikdir. Belə ki, naqliyyat vasitələrinin istifadə etdiyi enerjinin sadəcə 8%-i bərpa olunan mənbələrin payına düşür.

Sonda qeyd edək ki, yenilənən və ya bərpa edilən enerji mənbələri dedikdə bioyanacaq (ondan elektrik, istilik və nəqliyyat yanacağı kimi istifadə olunur), külək və günəş energetikası, habelə termal mənbələrdən, dalğalardan, hətta okeanın hərarətindən gələn enerji nəzərdə tutulur.