Avropa Birliyi Azərbaycana qarşı sanksiya qoyacaqmı? – Natiq Cəfərlidən tutarlı cavablarbackend

Avropa Birliyi Azərbaycana qarşı sanksiya qoyacaqmı? – Natiq Cəfərlidən tutarlı cavablar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekspert, REAL Partiyasının üzvü Natiq Cəfərli AŞPA ilə bağlı yaranmış problemin sadə dillə izahını verib.

Tribunainfo.az Natiq Cəfərlinin cavblarını təqdim edir:

– Azərbaycan AŞPA-dan qovulubmu, ya da çıxıbmı?

– Yox, Azərbaycan indi də Avropa Şurası və AŞPA-nın üzvüdür, sadəcə fəaliyyəti dayandırılıb.

– Azərbaycana qarşı Avropa Birliyi sanksiya qoyacaqmı?

– Avropa Birliyi (AB) və Avropa Şurası fərqli qurumlardır, AB dövlətlərin birliyidir, qurumda 28 dövlət təmsil olunur. Qərarlar konsensusla qəbul olunur, yəni AB qurum olaraq qərar alması üçün bütün üzv dövlətlər həmin qərarın lehinə səs verməlidirlər. İstənilən ölkə istənilən qərara veto qoya bilər, Azərbaycanlı sıx iqtisadi əməqdaşlığı olan Avropa ölkələri var, onlar sanksiya qərarı gündəmə gəlsə belə, həmin qərara veto qoyacaqlar.

– AŞPA və Avropa Şurası ilə münasibətlərin gərginləşməsi Azərbaycan vətəndaşlarının Avropaya viza almasına təsir edəcəkmi?

– Yox, heç bir əlaqəsi yoxdur, bu gün Rusiya və Belarus Avropa Şurasından qovulublar, hər birinə qarşı yüzlərlə sanksiya var, amma günü bu gün də hər iki ölkə vətəndaşları viza ala bilirlər.

– Ən vacib və geniş cavab tələb edən sual: Avropa Şurasının qərarı legitim və əsaslıdırmı?

– Azərbaycana qarşı qəbul edilmiş qərarın müzakirəsində cəmi 90 deputat iştirak edib, 76 qərarın lehinə, 10 nəfər əlehinə, 4 nəfər də bitərəf qalıb. Yəni, bir çox ölkələrin deputatları bu səsvermədə iştirak etmədilər, münasibətləri pozmaq istəmədilər. Azərbaycanın lehinə səs verən 10 deputatın 9-u qardaş Türkiyəni təmsil edən AKPvə MHP deputatları olub. Avropada mənasız solçuların təsirində olan və mövqeyi də özü kimi utancverici olan CHP deputatları müzakirəyə ümumiyyətlə gəlmədilər, iştirak edən HDP-li bir deputat isə Azərbaycanın əlehinə səs verib. Yəni, qardaş Türkiyənin iqtidar deputatlarına, AKP-MHP təmsilçilərinə təşəkkür düşür.
AŞPA-nın qərarında Laçın “koridoru” və Qarabağla bağlı iddialar əsassız, mənasız, beynəlxalq hüquqa zidd və absurddur, rədd edilməlidir. Qurumun nüfuzuna, sözünün kəsərinə xələl gətirən yanaşmadır. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edib, bunu bacaran, Rusiya və SSRİ İmperiyalarının basdırdığı “minanı” təmizləyə bilən ilk Avropa Şurası ölkəsi oldu – qurum buna sevinib dəstək verməkdənsə, bu məsələdə Azərbaycanın üzərinə gəlməsi qərəzli və absurddur – bu gün dost Ukrayna öz ərazi bütövlüyünü təmin etmək üçün vuruşur, AŞPA, Avropa Şurası buna görə Ukraynaya haqlı olaraq TAM dəstək verir, eyni hüquqi məsələdə Azərbaycana fərqli yanaşması qəbuledilməzdir, Avropa Şurasının başını aşağı edən yanaşmadır.
Yaxşı, bəs insan haqq və azadlıqları ilə bağlı iradları haqlıdırmı – təbii ki, bəli, hökumətin son aylar mənasız, lazımsız yerə sərtləşməsi, siyasi motivli sayılan həbslərin artması ölkəmiz üçün utancvericidir, bu durum mütləq aradan qaldırılmalıdır.

– Əgər Qərblə Azərbaycan arasında münasibətlər kəskin pisləşərsə bundan kim udacaq, kim ziyan görəcək?

– Hələ ki, udan Rusiyadır, uduzan isə Avropa və Azərbaycan. Amma Azərbaycan hökuməti ölkənin iqtisadi durumuna baxıb düşünməlidir – Azərbaycan Rusiya deyil ki, illərlə Qərblə qarşıdurmaya sinə gələ bilsin. Rusiyada Mendeleyev cədvəlində nə varsa mövcuddur, böyük qara iqtisadiyyatı, çirkli pulları, müxtəlif istiqamətlərə çıxışı, və nəhayət, nüvə silahı var, onunla başqa cür danışırlar. Azərbaycanın gəlirlərinin 90%-i neft-qazdandır, satdığı istiqamət isə Qərbdir, pullarımız Qərbdədir, münasibətləq alqoritmi Qərblə dizayn edilib. Bundan başqa, Azərbaycan yaxın 15-16 ildə, yəni, 2040-ci ilə qədər 100 mlrd. dollar kredit/xarici investisiya lazım olacaq – pul isə Qərbdədir, münasibətlərin kəskinləşməsi iqtisadi vəziyyətimizi kəskin ağırlaşdıra bilər.

– Yaxşı, münasibətlər kəskinləşib qırılma nöqtəsinə çata bilərmi?

– Məncə yox, münasibətlər qarşılıqlı güzəştlətlə düzəlməlidir-düzələcək də, bundan başqa Azərbaycanın stateji və əsl müttəfiqi, bütün məsələlərdə qarşılıqlı qərarlar aldığı ölkə Türkiyədir. Qardaş Türkiyə NATO dövlətidir, bundan başqa rəsmi Ankara son zamanlar Qərblə münasibətlərin yeni, daha yaxşı müstəviyə çəkməyə çalışır. Yeri gəlmişkən, AŞPA-da Türkiyə məsələsi də qaldırılmalı, bu ölkənin də bir illik fəaliyyəti dondurulmalı idi. AKP iqtidarı doğru-düzgün qərarlar alaraq bu məsələni öncədən həll etdi – İsveçin NATO üzvlüyünə “hə” dedi, ABŞ ilə münasibətləri yaxşılaşdırdı, Mərkəzi Bankın beynəlxalq standartlara uyğun davranmasını və xarici investorlara daha yaxşı şəraitin yaradılmasına qərar verdi, sözdə İsraili “asıb-kəssə” də əməldə ciddi addım atıb münasibətləri gərginləşdirmədi. Bu yaxşı gedişatdır, məncə, Qərblə Azərbaycan arasında münasibətlərin tənzimlənməsində müsbət rol oynayacaq.