“Avropa Beynəlxalq Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) maliyyə sanksiyası tətbiq edilib.
Qaynarinfo-nun məlumatına görə, sözügedən hospitalda operativ vergi nəzarəti həyata keçirilib.
Nəticədə operativ vergi nəzarəti üzrə – Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən, 1000 manat maliyyə sanksiyası tətbiq olunub.
Qeyd edək ki, “Avropa Beynəlxalq Hospital” MMC-nin qanuni təmsilçisi Samir Şükürov Dünyamali oğludur.