Avropa ABŞ-dən enerji asılılığına ümid olmamalıdır – Robert Habek

Avropa ABŞ-dən enerji asılılığına ümid olmamalıdır – Robert Habek

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa ABŞ-dən gələn tədarüklərə bel bağlamaqdansa, öz enerji ehtiyaclarını ödəyə bilməlidir.

Tribunainfo.az Bloomberg-ə istinadən xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek enerji sammitində deyib.

O, həmçinin prezident Donald Tramp administrasiyasının Ağ Evə gəlişindən sonra avropalıları bir yerdə olmağa çağırıb: “Enerji ehtiyatlarının siyasi məqsədlər üçün istifadə edilməsini gözlədiyimiz bir dünyada enerji asılılığı həmişə problemdir”.

Habek Trampın idxala rüsum tətbiq etmək planlarının ABŞ və Avropada inflyasiyanın artmasına və iqtisadi artımı zəiflədəcəyinə dair narahatlıqlarını ifadə edib. Nazir Trampın vəzifəyə gəldikdən dərhal sonra Paris iqlim sazişindən çıxmaqla bağlı sərəncam imzalamasını “dünya üçün ölümcül siqnal” adlandırıb. Habekin sözlərinə görə, söhbət “tarixi çöküşün başlanğıcından” gedir.

Habek Trampın hərəkətlərinə cavab olaraq qeyd edib ki, Avropa aşağı karbonlu inkişaf modelinə keçidi davam etdirməlidir.

Almaniya partiyaları fevralın 23-də keçiriləcək növbədənkənar seçkilərə hazırlaşır. Habek Alyans 90/Yaşıllar partiyasının kansler namizədidir.

Yanvarın 20-də Tramp Konqresə enerji ixracını artırmaq üçün addımlar atacağını bildirib. O, həmçinin “strateji neft ehtiyatlarını yuxarıya doğru qaldıracağına” söz verib.
Bundan əlavə, prezident ABŞ-nin yenidən sənaye dövləti olacağını vəd edib və bunun üçün Trampın fikrincə, ölkədə böyük neft və qaz ehtiyatları var – hər yerdə olduğundan daha çox.