Avronun dizaynı dəyişdiriləcək

Avronun dizaynı dəyişdiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avro əskinaslarının dizaynı 23 ildən sonra ilk dəfə dəyişdiriləcək.

Tribunainfo.az  “The İndependent”ə istinadən xəbər verir ki, Avropa Mərkəzi Bankı əskinaslar üçün yeni dizayn axtarır.

Bankın İdarə Heyəti avro əskinaslarının dizaynı üçün “Avropa mədəniyyəti” ilə “Çaylar və quşlar” mövzularına əsaslanan motivləri qısa siyahıya alıb.

“Avropa mədəniyyəti” motivi ortaq mədəni ərazilər və elit avropalıları əhatə edəcək.

Əskinasların ön tərəfində yer alacaq elit avropalılar arasında “Nobel” mükafatı laureatı alim Mari Küri, alman bəstəkar Lyudviq van Bethoven, yunan opera müğənnisi Mariya Kallas, ispan yazıçı Miqel de Servantes, avstriyalı fəal Berta fon Zutner və heykəltəraş Leonardo da Vinçi var.

Əskinasların arxa tərəfində festival, kitabxana, universitet və ya digər mədəni tədbirlərin təsvirləri olacaq.

Avropa Mərkəzi Bankı bu il müsabiqəni açıq elan edəcək və dizaynı 2026-cı ildə seçəcək. Yeni əskinaslar yalnız bir neçə ildən sonra dövriyyəyə buraxılacaq.

Qeyd edək ki, avro 1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilmiş, 2002-ci ilin 1 yanvarından isə nağd əskinaslar dövriyyəyə buraxılmışdır.