Avronest PA-da Ermənistan təmsilçisinin etirazı narazılığa səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov qurumun Büro iclasında iştirak edib.

APA-nın Moldova müxbirinin məlumatına görə, Moldova parlamentində baş tutan tədbirdə Avropa İttifaqı (Aİ) və Şərq Tərəfdaşlığı ölkələrində keçirilən seçkilər, Avronest PA-nın gücləndirilməsi üçün görüləcək tədbirlər, Aİ ilə Şərq Tərəfdaşlığı ölkələrinin qarşılıqlı əlaqələrinin möhkəmlənməsi üçün strategiya və 2017-ci ilin sonunda Avronest PA-nın Kiyevdə keçiriləcək plenar sessiyasına dair məsələlər müzakirə edilib.

İclasda Avronest PA-nın Sosial komitəsi çərçivəsində 2017-ci ilin sentyabrında “Şərq Tərəfdaşlığı regionunda sağlamlıq və gender məsələləri üzrə” mövzusunda konfransın keçirilməsi də qərara alınıb. Ermənilər buna qarşı çıxsalar da, Büro üzvləri Ermənistan təmsilçisinə etiraz ediblər və Azərbaycana dəstək veriblər.

Sonra Moldova parlamentinin spikeri Andrian Kandu Avronest PA üzvləri ilə görüşüb. O, Azərbaycandakı inkişaf prosesini yaxından izlədiyini bildirib. Azərbaycanlı deputatın GUAM ilə bağlı sualına cavablandıran Moldova parlamentinin spikeri bu təşkilata çox önəm verdiklərini və təşkilatın ərazi bütövlüyü, enerji məsələləri və digər vacib məsələlərlə məşğul olduğunu xüsusi vurğulayıb.