“Avromed” növbəti dəfə cərimələndibackend

“Avromed” növbəti dəfə cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qayda pozduğuna görə dəfələrlə inzibati qaydada cərimələnən deputat Cavanşir Feyziyevə məxsus “Avromed Company” dərman firması yenə cərimələnə bilər.

Tribunainfo.az xəbər verir ki, “Avromed”in növbəti dəfə İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozduğu məlum olub. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“Avromed”lə bağlı iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Proses 9 iyul tarixində keçiriləcək. İş hakim Anar İbadzadənin icraatındadır.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar