“Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti barəsində protokol tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, sənədə İnzibati Xətalar Məcəlləsinin 192.3 maddəsi ilə (İşçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə) tərtib olunub.
Sözügedən maddəyə əsasən, işçiyə müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 15000 manatadək məbləğdə cərimə edilir.
Protokolu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərtib edib.
Artıq “Avromed Company” QSC tərəfindən xidmətin tərtib etdiyi protokolla bağlı məhkəməyə şikayət olunub.
İşə Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq.