Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Qol.az-ın məlumatına görə, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, “Zenit”in hücumçusu Aleksandr Kokorin ən yaxşı oyunçu seçilib. O, səslərin 39 faizini toplayıb. Konstantin Budesku (“Styaua”) 24 faiz səslə ikinci, Manuel Fernandes (“Lokomotiv” Moskva) 13 faiz səslə üçüncü olub.
Qeyd edək ki, A.Kokorin Avroliqanın qrup mərhələsinin ikinci turunda “Real Sosyedad”a qarşı matçda (3:1) dubla imza atıb.