Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası jurnalistləri təltif edib

Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası jurnalistləri təltif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA) Avropa və Atlantik məkanında fəaliyyət göstərən Azərbaycan təşkilatlarının informasiya mühitindəki rolunu qiymətləndirərək, bir sıra jurnalistləri Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi münasibətilə təltif edib.

Tribunainfo.az xəbər verir ki, jurnalistlərə Şuranın “Şərəf Medalı” və “Honorary Diploma” təqdim olunub.

“Şərəf Medalı” ilə “Report İnformasiya Agentliyi” MMC-nin baş direktoru Fuad Hüseynəliyev, Mətbuat Şurasının sədri Rəşad Məcid təltif ediliblər.

Bildirilib ki, bu yüksək mükafat, onların həm ölkə daxilində, həm də beynəlxalq informasiya müstəvisində jurnalistikanın inkişafına verdikləri mühüm töhfəyə görə təqdim olunub.

“Honorary Diploma” ilə təltif olunan jurnalistlər isə aşağıdakılardır:

1. Aygün Həsənova – Azərbaycan Respublikasının Əməkdar jurnalisti

2. Elman Mustafazadə – “Xudafərin körpüsü” jurnalının rəhbəri (Niderland Krallığı)

3. Elnaz Ağaxan – Sərbəst jurnalist (Niderland Krallığı)

4. Elşən Şahbalayev – AZƏRTAC-ın informasiya resursları redaksiyasının baş redaktoru

5. Elzar Ağayev – AzTV-nin Şərqi Avropa üzrə müxbiri (Belçika)

6. Murad Əliyev – YURD.MEDİA saytının baş redaktoru

7. Sabina Ağayeva – REAL TV-nin baş redaktoru

8. Seyfulla Türksov – “İpək yolu Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri, jurnalist-yazar

9. Şahin Abbasov – ATV-nin Almaniya üzrə müxbiri

10. Vasif Həsənli – Demokrat.az saytının rəhbəri

11. Vüqar Abbasov – Sərbəst jurnalist, “Connect” təşkilatının sədri (Niderland Krallığı)

12. Vüqar Seyidov – AZƏRTAC-ın xüsusi müxbiri (Macarıstan)

13. Xətirə Sərdarqızı – REAL TV-nin Avropa üzrə müxbiri

14. Yusif Babanlı – AZƏRTAC-ın xüsusi müxbiri (ABŞ)

15. Zamiq Yunisov – İnterval.az və VIPHD.az saytlarının rəhbəri