“Opta” statistika agentliyi futbol üzrə Avropa çempionatının favoritlərini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, turnirin favoriti 19,9%-lə İngiltərə milli komandası olub. İlk üçlüyü 19,1%-lə Fransa və 12,4%-lə Almaniya yığmaları tamamlayıb. Ev sahibi Almaniyanın şansı -12,4%, İspaniyann – 9,6%, Portuqaliyanın isə 9,2% qiymətləndirilib. AVRO-2024-də iştirakı maraqla gözlənilən qardaş ölkə Türkiyənin milli komandası isə 1,5%-lə turnirin 11-ci favoriti olub.
Statistik təhlildə Portuqaliya, Çexiya və Gürcüstan yığmaları ilə birlikdə F qrupunda mübarizə aparacaq Türkiyənin qrupu ikinci sırada bitirərək 16/1 mərhələsinə yüksələcəyi bildirilib.
F qrupundakı komandaların qrupdan çıxma şanslarının göstəricisi bu formada olub:
1. Portuqaliya – 93,6%;
2. Türkiyə – 74,2%;
3. Çexiya – 60,7%;
4. Gürcüstan – 37,2%.
Qeyd edək ki, Almaniyanın ev sahibliyində 24 komandanın mübarizə aparacağı AVRO-2024 çempionatı iyunun 14-də start götürəcək.