Fransa millisi İspaniya ilə AVRO-2024-ün yarımfinal matçında yeni taktiki sxem üzrə oynamaq niyyətindədir.
Bu barədə Qaynarinfo Fransanın “L’Equipe” nəşrinə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, fransızların baş məşqçisi Didye Deşam komandanın məhsuldarlığından narazıdır, ona görə də fərqli taktiki sxem – 4-3-3 istifadə etmək istəyir.
Qeyd olunur ki, bu sxemdə təmiz pleymeykerə yer olmadığı üçün Antuan Qrizmann ehtiyatda qala bilər. Oyunun start heyətində Antuanın əvəzinə Portuqaliya ilə matçın ən yaxşı oyunçusu olan Osman Dembele gözlənilir.
Fransa – İspaniya matçı iyulun 9-da, Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.
Xatırladaq ki, süni zəka “Qırmızı furiya”nı yarımfinalçılar arasında AVRO-2024-ün əsas favoriti hesab edir.