AVRO-2024-ün seçmə mərhələsində IX tur davam edir.
Tribunainfo.az xəbər verir ki, bu gün daha 3 qrupda 7 oyun keçiriləcək.
E qrupunda Albaniya və Çexiya rəqiblərini məğlub etsələr, final mərhələsinə vəsiqəni rəsmiləşdirəcəklər.
H qrupunda Danimarka – Sloveniya matçının qalibinin Almaniyada təşkil olunacaq Avropa çempionatında iştirakı dəqiqləşəcək. Bu qarşılaşma, eləcə də, Qazaxıstan – San Marino görüşü heç-heçə nəticələnsə, o zaman həm Sloveniya, həm də Danimarka vəsiqə qazananlar sırasına qoşulacaqlar.
C qrupunda isə İngiltərə final mərhələsində iştirakını öncədən təmin edib.
AVRO-2024, seçmə mərhələ
IX tur
17 noyabr
C qrupu
23:45. İngiltərə – Malta
23:45. İtaliya – Şimali Makedoniya
Xal durumu: İngiltərə – 16, Ukrayna – 13, İtaliya – 10, Şimali Makedoniya – 7, Malta – 0.
E qrupu
21:00. Moldova – Albaniya
23:45. Polşa – Çexiya
Xal durumu: Albaniya – 13, Çexiya – 11, Polşa – 10, Moldova – 9, Farer adaları – 1.
H qrupu
19:00. Qazaxıstan – San Marino
21:00. Finlandiya – Şimali İrlandiya
23:45. Danimarka – Sloveniya
Xal durumu: Sloveniya – 19, Danimarka – 19, Qazaxıstan – 15, Finlandiya – 12, Şimali İrlandiya – 6, San Marino – 0.