AVRO-2024-ün seçmə mərhələsində bu gün IX tura yekun vurulacaq.
Tribunainfo.az-ın məlumatına görə, daha üç qrupda ümumilikdə yeddi oyun keçiriləcək.
Dörd komanda son tur ərəfəsində final mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər. B qrupunda Niderland evdə İrlandiyadan üç xal alarsa, hədəfinə çatacaq.
D qrupunda Uels və Latviyanın qalibiyyəti təqdirində birincilər final mərhələsində iştirak hüququna yiyələnəcəklər.
İ qrupunda isə Rumıniya İsrailə uduzmasa, digər qarşılaşmaların nəticəsindən asılı olmayaraq, Rumıniya və İsveçrə Almaniyadakı qitə birinciliyinə bilet ala biləcəklər.
Qeyd edək ki, Fransa və Türkiyə final mərhələsinə vəsiqəni öncədən təmin ediblər.
AVRO-2024-ün seçmə mərhələsi
18 noyabr
B qrupu
23:45. Fransa – Cəbəllütariq
23:45. Niderland – İrlandiya
Xal durumu: Fransa – 18 xal, Niderland – 12, Yunanıstan – 12, İrlandiya – 6, Cəbəllütariq – 0
D qrupu
18:00. Ermənistan – Uels
21:00. Latviya – Xorvatiya
Xal durumu: Türkiyə – 16, Uels – 10, Xorvatiya – 10, Ermənistan – 7, Latviya – 3
İ qrupu
21:00. Belarus – Andorra
23:45. İsrail – Rumıniya
23:45. İsveçrə – Kosovo
Xal durumu: İsveçrə – 16, Rumıniya – 16, İsrail – 12, Kosovo – 10, Belarus – 6, Andorra – 2