Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları baş tutacaq.
Tribunainfo.az xəbər verir ki, günün ilk qarşılaşması Münhen şəhərində Sloveniya və Serbiya seçmələri arasında baş tutacaq.
Sloveniyalılar C qrunun ilk matçında Danimarka ilə bərabərə qalıblar – 1:1. Serblər isə İngiltərəyə 0:1 hesabı ilə məğlub olublar.
Bu qrupun digər oyununda isə Danimarka və İngiltərə komandaları Frankfurtda münasibətlərinə aydınlıq gətirəcəklər.
Günün sonunda B qrupunda İspaniya – İtaliya qarşılaşması keçiriləcək. Oyun Helzenkirhen şəhərində reallaşacaq.
İlk turda İspaniya Xorvatiyaya 3:0, İtaliya isə Albaniyaya 2:1 hesabı ilə qalib gəlib.
AVRO-2024
20 iyun
II tur
C qrupu
17.00 Sloveniya – Serbiya
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Münhen, “Alyans Arena”.
20.00 Danimarka – İngiltərə
Baş hakim: Artur Diaş (Portuqaliya).
Frankfurt, “Valdştadion”.
B qrupu
23.00 İspaniya – İtaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Helzenkirhen, “Feltins Arena”.