Avro-2024 bitir – İngiltərə və İspaniya tarixin bir addımlığındabackend

Avro-2024 bitir – İngiltərə və İspaniya tarixin bir addımlığında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çempionatın final matçını idarə edəcək hakim bəlli olub

Sabah Avropa Çempionatının finalıdır. Bakı vaxtı ilə saat 23:00-da İspaniya və İngiltərə Avropanın ən güclüsünü müəyyənləşdirəcəklər. Oyun öncəsi əksər proqnozlar ispanlardan yanadır. Amma ingilislər də gözardı edilmir.

İngiltərə ardıcıl olaraq ikinci dəfə finalda döyüşəcək. Sonuncu dəfə bu milli İtaliyaya boyun əyməyə məcbur olmuşdu. İspaniya 4 dəfə Avropa çempionatını qazanan ilk komanda olmaq istəyir. İngiltərə isə ilk titulunu gözləyir. Bir sözlə bizi həqiqətən Avro-2024-ün tarixinə düşəcək çox möhtəşəm final gözləyir.

Bu haqda maraqlı şərhlərlə çıxış edən “Marca” yazır: “Bu, ən yaxşı oynayan komandalardan uzaq bir komandadır. İngiltərə 90 dəqiqə ərzində keçirdiyi 6 matçdan yalnız birində qalib gəlib. Son oyunda da Uotkinsin qolu 91-ci dəqiqədə vuruldu və hamıdan daha çox layiq olduğu tənqidə məruz qaldı… Amma İngiltərə ardıcıl ikinci ildir ki, Avropa çempionatının finalınndadır. Bir gün Bellinqhemin aşırma zərbəsi, bir gün penalnti, üçüncü gün isə növbəti geri dönüş… Sautqeyt demək olar ki, həmişə çətin anlar yaşayır. Amma onların ulduzları var. Budur, İspaniyanı nə gözlədiyi barədə ona əvvəlcədən xəbərndarlıq edilir”.

Belə pafoslu bəyanat verərkən yaxın tarixə də bir nəzər salmaq lazımdır. Axı, Avronun son finalında İngiltərə penaltilər seriyasında İtaliyaya məğlub olmuşdu. Amma İsnpaniya ilə İngiltərə arasındakı tarixi balans ingilislərin xeynrinədir. Komandalar 27 dəfə qarşılaşıblar. İspaniya 10 dəfə qələbə qazanıb, İngiltərənin 13 qələbəsi var. Qalan görüşlər heç-heçə ilə başa çatıb. Həmin 27 matçdan 19-u yoldaşlıq gönrüşü, ikisi Dünya Kuboku, dördü Avro, ikisi isə Millətlər Liqasında olub.

Avropa Çempionatının final matçını idarə edəcək hakim bəlli olub. Apasport.az xəbər verir ki, UEFA Hakimlər Komitəsi finalı fransalı Fransua Leteksierə tapşırıb. Leteksierin köməkçiləri Siril Maqnier və Mehdi Rahmoni olacaq. Dördüncü hakim polşalı Şimon Marçiniakdır.

Qeyd edək ki, fransız hakim buna qədər Avropa Çempionatının İspaniya-Gürcüstan, Danimarka-Serbiya və Xorvatiya-Albaniya oyunlarını idarə edib.

Futbolla yaxından maraqlanan tanınmış siyasətçi, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında favovirinin İspaniya olduğunu söylədi. 

Futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov final oyununun neəc keçəcəyi barədə indidən danışmağı erkən sayır: “Sizə açıqlamamda qeyd etmişdim ki, finala Almaniya-İspaniya cütündən birinin çıxacağını, hətta çempion olacağını demişdim. İspaniya artıq finaldadır. Həmin oyunu erkən final adlandırmışdım. Çox gözəl də oyun keçdi. Deyərdim ki, çempionatın ən gözəl oyunu idi. İngiltərə bir az gözlənilməz şəkildə finala çıxdı. Dərin təhlil edildikdə oyununa, tərzinə görə onları finalda görmək mümkün idi. 5 favoritdən biri sayılırdı. Final oyununun necə keçəcəyini demək çox çətindir. Çünki, ingilislər birbaşa nəticə oynayan komandadır. İspaniya da hər komponentdə yaradıcı oynayır. Onun üçün də fikirləşirəm ki, açıq oyun getsə ingilislər əks hücumlarda üstünlük qazana bilərlər. Müdafiələri çox yaxşıdır. Amma ispanların da cinah reydləri möhtəşəmdir. Bu çempionatda ən yaxşı cinah reydlərini onlar edib. Ümumiyyətlə, cinahları çox yaxşı qururlar. İspanlar qollar buraxsa da, müdafiə xətləri çox yaxşıdır. Deyərdim ki, bir-birinə uyğun rəqiblərdir. Sadəcə ingilislərdən bir addım öndə ispanları görürəm. Onlar istədikləri vaxt oyunda tempi qaldırıb, istədikləri vaxt da aşağı salırlar. Yəni oyunu idarə edə bilirlər. İndiyə qədər ki, oyunlarda bu məsələlərdə daha inamlı görünüblər. Bütün bunlara görə, ispanları daha şanslı sayıram”.

İdman jurnalisti Ceyhun Rzayev bu çempionatın çox maraqlı keçdiyini qeyd etdi: “Çempionatı ümumi dəyərləndirsək, məncə gözləntilərin çox yuxarısında oldu. Maraqlı yarış izlədik. Pley-offlar çox maraqlı keçdi. Bu turnirdə ən çox diqqətimi çəkən ortabab sayılan komandalar güclülərə qarşı doğru oynadılar. Cəsarətlə oynayırdılar, qorxmurdular. Yavaş-yavaş hiss olunur ki, komandlar arasındakı səviyyə fərqi aradan qalxmaqdadır. Məsələn, Gürcüstan, Albaniya kimi komandalar bu çempionatda çox xoş izlər buraxdılar, gözəl təəssürat yaratdılar. Bir sıra millilər həqiqətən çox yaxşı idilər. Pley-offlarda Polşa çox yaxşı idi. İsveçrəni xüsusi qeyd etmək lazımdır. Həqiqətən maraqlı futbol izlədik”.

Futbol şərhçisi final barədə bunları dedi: “Bilirsiniz ki, həmişə deyirlər finalların favoriti olmur. Hər an hər şey yaşana bilər. Burada əsəblərdən çox şey asılıdır. Səbirli olmaq lazımdır. Kimin əsəbinin sona qədər dözəcəyini görəcəyik. Amma üstün potensiallı olaraq İspaniyanı daha şanslı sayıram. Çünki, ispanlar başqa futbol oynayırlar. Dünyada istənilən yığmaya qarşı öz oyun üslublarını diktə edə bilirlər. Düşünürəm ki, yenə də oxşar ssenari ilə final keçəcək. Top ispan millisində olacaq. İngilislər daha çox müdafiəyə üstünlük verəcəklər, əks hücumlara bel bağlayacaqlar. Bir də standart vəziyyətlərdə onlar ispanlardan üstündür. Cərimə, künc zərbələri zamanı ingilislər çox güclüdür. İspan oyunçuların boy ortalaması da ingilislərdən aşağıdır. Mənim favoritim İspaniyadır. Hər şey ola bilər. İngiltərə də çempion ola bilər”.