AVRO-2024: Azərbaycan millisi seçmə mərhələdə növbəti oyununu keçirəcək

AVRO-2024: Azərbaycan millisi seçmə mərhələdə növbəti oyununu keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Tribunainfo.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv F qrupundakı 3-cü sınağında Estoniyanı qəbul edəcək. “Dalğa Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq.

Qarşılaşmanı çexiyalı FIFA referisi Andrey Berka idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi matçlarda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzub.

AVRO-2024-ün seçmə mərhələsi
F qrupu, III tur
17 iyun

20:00. Azərbaycan – Estoniya
Baş hakim: Andrey Berka
Bakı, “Dalğa Arena”
Xal durumu: Avstriya – 6. Belçika – 3. Belçika – 3 (1 oyuna). İsveç – 3. Estoniya – 0 (1 oyuna). Azərbaycan – 0.

Qeyd edək ki, bu qrupun digər oyununda Belçika və Avstriya yığmaları üz-üzə gələcəklər.