Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşü başa çatıb.
Tribunainfo.az xəbər verir ki, Dortmundun “Siqnal İduna Park” stadionunda reallaşan matçda meydan sahibləri qələbə qazanıb – 2:0.
Görüşdə hesabı 53-cü dəqiqədə penalti zərbəsindən Kay Haverts açıb. 68-ci dəqiqədə Camal Musiala danimarkalıları növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur etməklə yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, 1/4 finala yüksələn Almaniyanın rəqibi İspaniya – Gürcüstan cütünün qalibi olacaq.