Avrasiya Universiteti binasını 1.3 milyona icarəyə verdibackend

Avrasiya Universiteti binasını 1.3 milyona icarəyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün ofis sahəsi icarəyə götürüb. Tribunainfo.az xəbər verir ki, DSMF-nin bununla əlaqədar keçirdiyi tenderini qalibi isə Bakı Avrasiya universiteti olub.
Belə ki, universitetlə bağlanmış müqavilənin dəyəri 1.317.599,68 manat təşkil edib. Sənədə əsasən bu pul 24 ay üçün verilib. İcarəyə götürülən sahə isə 3.000 kvadrat metrdir.
Maraqlıdır ki, indiyə qədər heç bir universitet öz binasını başqa bir quruma icarəyə verməyib. Bakı Avrasiya Universiteti bu sahədə ilklərdəndir.