AVRASİYA İQTİSADİ İTTİFAQINA ÜZV DÖVLƏT BAŞÇILARI BU TARİXDƏ GÖRÜŞƏCƏKLƏRbackend

AVRASİYA İQTİSADİ İTTİFAQINA ÜZV DÖVLƏT BAŞÇILARI BU TARİXDƏ GÖRÜŞƏCƏKLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avrasiya İqtisadi Birliyinin dövlət başçıları Avrasiya İqtisadi Forumunda iştirakları çərçivəsində mayın 24-25-də Soçidə görüşəcəklər.
Tribunainfo.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının nazirlik və idarələrinin təklifləri nəzərə alınmaqla Rusiyanın Aİİ-də sədrliyinin tədbirlər proqramı formalaşdırılıb. Bu proqrama EAEU çərçivəsində qarşılıqlı fəaliyyətin inkişafının müxtəlif aspektlərinə həsr olunmuş 70-ə yaxın görüş, konfrans, dəyirmi masalar daxildir.

Pankin əlavə edib ki, Avrasiya konfransı çərçivəsində iyunun 7-9-da Soçidə III Avrasiya Konqresi, MDB və Aİİ-nin II Gənclər Forumu, həmçinin “Avrasiya bizim evimizdir” beynəlxalq əməkdaşlıq layihələri sərgisi keçiriləcək.