Avqust ayında cinayətə qurban gedən qadınlar – SİYAHI

Avqust ayında cinayətə qurban gedən qadınlar – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəkil Zibeydə Sadıqova hər ay olduğu kimi avqust ayında da Azərbaycanda qadınlara qarşı törədilən qətl və zorakılıq halları ilə bağlı dəhşətli faktları ictimailəşdirib. O, paylaşımında bildirib ki, cəmiyyət bu hadisələrə səssiz qaldıqca, qadın qətllərinin və zorakılıqlarının sayı artmaqda davam edir.

Tribunainfo.az xəbər verir ki, vəkil mediada yayılan məlumatlara əsasən faktların xronoloji ardıcıllığını qeyd edib:

“27 avqust 2025 – Bakı: 36 yaşlı Əsmət Qasımova oğlu (16 yaş) tərəfindən qətlə yetirilib.

24 avqust 2025 – Lənkəran: 30 yaşlı Əfsanə Əsgərli (Lələzadə?) həyat yoldaşı tərəfindən öldürülüb.

23 avqust 2025 – Bakı: 37 yaşlı İradə Muradova tanışı tərəfindən öldürülüb.

22 avqust 2025 – Astara: 47 yaşlı Məhəbbət Qasımova oğlu tərəfindən öldürülüb.

18 avqust 2025 – Gəncə: 33 yaşlı G. İsmayılova həyat yoldaşı tərəfindən döyülüb, xəstəxanaya yerləşdirilib.

10 avqust 2025 – Qusar: 48 yaşlı Ş. Ömərova həyat yoldaşı tərəfindən baltayla ağır xəsarət alıb.

08 avqust 2025 – Daşkəsən: 30 yaşlı Ə. Cəfərova tanışı, 40 yaşlı İ. Məmmədov tərəfindən baltayla xəsarət yetirilib”.

Qeyd edək ki, bu faktlar bir ay ərzində baş verən qadın cinayətlərindən ancaq ictimailəşənləridir.

Gülşən Rəsul