Xəzər rayonunda fəaliyyət göstərən “Avita Clinic”də aparılan yoxlama zamanı nöqsanlar aşkarlanıb.
Tribunainfo.az xəbər verir ki, araşdırma zamanı məlum olub ki, sözgüedən klinika İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Klinika ilə bağlı işə Xəzər rayon Məhkəməsində 12 iyul tarixində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə baxılacaq.
Nigar