“Aviasiya haqqında” qanun dəyişir

“Aviasiya haqqında” qanun dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda aerodrom istismarı ilə bağlı dövlət orqanlarının fəaliyyətinin hüquqi əsası təmin olunacaq.

Tribunainfo.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Aviasiya haqqında” qanuna əlavə edilən yeni maddədə əksini tapıb.

Qanun layihəsində qeyd edilir ki, hazırda aerodrom istismarçısı anlayışı aerodromu istismar edən fiziki və ya hüquqi şəxslə məhdudlaşır, təklif olunan dəyişikliyə əsasən buraya dövlət orqanı da əlavə edilir. Bununla da aerodromu istismar edən dövlət orqanlarının fəaliyyətinin hüquqi əsasının yaradılması təmin olunur.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib