“Fox” şirkəti dünya kino prokatı üzrə planlarını açıqlayıb. Cədvəldən məlum olur ki, 2018-ci ilin 21 dekabrında “Fox” və “Lightstorm Entertainment” şirkətlərinin adı gizli saxlanılan birgə layihəsi ekranlara çıxacaq. “Fox” şirkəti dünya kino prokatı üzrə planlarını açıqlayıb. Cədvəldən məlum olur ki, 2018-ci ilin 21 dekabrında “Fox” və “Lightstorm Entertainment” şirkətlərinin adı gizli saxlanılan birgə layihəsi ekranlara çıxacaq.
Ekspertlər güman edirlər ki, bu gizli layihə ancaq “Avatar”ın ikinci hissəsi ola bilər.
TİA.AZ AzVision.az-a istinadən xəbər verir ki, Lightstorm Entertainment — “Avatar”ın rejissoru Ceyms Kamerunun şirkətidir. Onun “Dibsizlik”dən başlamış, “Avatar”a qədər bütün filmlərinə bu şirkət prodüserlik edib. Son bir neçə ildə isə Ceyms Kamerun başqa heç bir layihə üzərində çalışmayıb.
Qeyd edək ki, Kino tarixinin ən gəlirli filmi olan “Avatar” 2009-cu ildə çəkilib. O vaxtdan Kamerun filmin davamının üzərində işləyir. Rejissor bildirib ki, filmin daha 4 hissəsi 2018, 2020, 2022 və 2023-cü illərdə göstəriləcək.