“Avand Group”un təmsilçisinə “stop” qoyuldu – Vergi borcunu ödəmirbackend

“Avand Group”un təmsilçisinə “stop” qoyuldu – Vergi borcunu ödəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Avand Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulub.
Qaynarinfo-nun məlumatına görə, MMC-nin qanuni təmsilçisi, iş adamı Vüqar Musayev Məhərrəm oğlunun Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu yaranıb.
“Avand Group” MMC rəhbərinin İcbari Tibbi Sığorta Fonduna 124,34 manat, Dövlət Sosial Müdafiə Fonduna 835,74 manat, dövlət büdcəsinə 97282,38 manat məbləğində (o cümlədən, vergilər üzrə 85054,4 manat, faizlər üzrə 12187,98 manat, maliyyə sanksiyası üzrə 40 manat) , İşsizlikdən sığorta fonduna 32,62 manat olmaqla, ümumilikdə 98293,63 manat borcu yaranıb.
Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə bildirişlər göndərilib, lakin MMC-nin vergi ödəyiciləri yaranmış borc məbləği ödənməyib. Şirkətin hazırda dövlətə olan vergi borcu 120297.86 manat təşkil edir. İdarə tərəfindən MMC-nin qanuni təmsilçisinin ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı ümraciət edilib.
Məhkəmənin qərarı ilə, iş adamının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, “Avant Group” şirkəti “Avant Park” adı altında yaşayış kompleksinin tikintisini həyata keçirib.