“Auto Azərbaycan”nın işinə baxılacaq tarix açıqlandı

“Auto Azərbaycan”nın işinə baxılacaq tarix açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılan “Hyundai” avtomobillərin rəsmi distributoru olan “Auto Azərbaycan” MMC-nin işinə baxılacaq tarix məlum olub. Nərimanov rayon Məhkəməsində baxılan işlə bağlı növbəti proses 24 yanvar tarixinə təyin edilib.

Tribunainfo.az xəbər verir ki, “Auto Azərbaycan”nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olmuşdu. Belə ki, tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Hyundai” avtomobil satıcısı ilə bağlı 10 yanvar tarixində keçirilən prosesdə heç bir nəticə əldə edilməyib. Növbəti iclas 24 yanvar tarixinə təyin edilib. Nərimanov rayon Məhkəməsində baxılan iş hakim Hafiz Kamranovun icraatındadır.

Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinı əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətirilməlidir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.
Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb.

Qeyd edək ki, “Hyundai” avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru “Auto Azərbaycan” şirkətinin rəhbəri Emil İsmayılovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən İbrahim