ATV-nin “Yoxlama” verilişinin növbəti buraxılışı “Papa Johns”da yoxlama aparıb.
ATV-nin “Yoxlama” verilişinin növbəti buraxılışı “Papa Johns”da yoxlama aparıb.
Aparıcı Azər İsmayılov və çəkiliş heyyətinin restoranın mətbəxində çəkiliş aparması etirazla qarşılanıb. Lakin bütün bunlara baxmayaraq, aparıcı zorla mətbəxə daxil olub. Bundan sonra ətlərin və tərəvəzlərin saxlandığı soyuducu kameraya daxil olmaq istəyən çəkiliş qrupu işçilərin müqaviməti ilə qarşılaşıb.
Bundan sonra restoran əməkdaşları ilə az qala əlbəyaxa davaya çıxan aparıcı “Papa Johns”u tərk edib. Bir qədər sonra isə aparıcının sözlərinə görə, restoran rəhbərliyi hadisə yerinə silahlı basqın edildiyini söyləyərək polis çağırıb. Polislər bildirib ki, onlara silahlı basqın xəbəri verilib.
Hüquq mühafizə orqanı əməkdaşları polisə yalan informasiya verdiyinə görə, araşdırma aparılacağını və müvafiq tədbirlərin görüləcəyini bildiriblər.
Verilişin qalmaqallı növbəti buraxılışından olan kadrları təqdim edirik.