backend

ATV-nin serialında prokurorluq əməkdaşlarına ittiham

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azad Azərbaycan Televiziyasında yayımlanan “Vicdan haqqı” serialında hüquq-mühafizə orqanları və prokurorluq orqanlarının əməkdaşları haqqında xoşagəlməz rəy formalaşdırılıb.  

Azad Azərbaycan Televiziyasında yayımlanan “Vicdan haqqı” serialında hüquq-mühafizə orqanları və prokurorluq orqanlarının əməkdaşları haqqında xoşagəlməz rəy formalaşdırılıb. 

Belə ki, serialda prokurorluq orqanlarının əməkdaşlarının işini düzgün qurmamasına dair müəyyən məqamlar öz əksini tapıb. 

Serialın ötən həftələrdə yayımlanan bölümlərində bir-birini bıçaqlayan iki nəfərin işinin istintaqına müdaxilə üçün qəhrəmanlardan birinin prokurorun qardaşı ilə dostluq münasibətlərindən istifadə etdiyi əks olunub. Məhz prokurorun qardaşı ilə bu “dostluq” münasibəti nəticəsində istintaq cinayətin törədilməsində birbaşa əli olan şəxsi deyil, kənar şəxsi sorğu-sual edir və əsl cinayətkar azadlıqda gəzir. Serialdakı bu məqam hüquq – mühafizə orqanlarının fəaliyyətinə kölgə salır. 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Cebhe.info-ya açıqlamasında məsələnin araşdırılacağını qeyd edib: “Biz sözügedən serialın çəkilməsi üçün müəyyən kömək göstəririk, lakin bu məqamlarla bağlı araşdırma aparmalıyıq. Bu barədə telekanal rəhbərliyi ilə mütləq əlaqə saxlayacağıq”. 

Serialın quruluşçu rejissoru Rövşən İsaq Cebhe.info əməkdaşı ilə söhbətində bu məqamların əks olunduğu serialda hüquq-mühafizə orqanlarının fəaliyyətinə kölgə salınması barədə fikirlərlə razılaşmayıb: “Burda nə var ki? Serialda yüz dənə ailə problemini qoyubsunuz kənarda, düşmüsünüz ordakı prokurorluğun fəaliyyətinə. Ayıb olsun…” 

Mövzunu davam etdirəcəyik. 

Rövşən Əsədov