backend

ATV-dən millət vəkilinə: “Tam mətni verə bilərik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATV-dən millət vəkili Hüseynbala Mirələmovun son günlər narazılığa səbəb olan “Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye” açıqlamasının montaj olunaraq kontekstdən çıxarılması barədə fikrinə cavab gəlib. 

ATV-dən millət vəkili Hüseynbala Mirələmovun son günlər narazılığa səbəb olan “Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye” açıqlamasının montaj olunaraq kontekstdən çıxarılması barədə fikrinə cavab gəlib.

 TİA.AZ xəbər verir ki, telekanal Ölkə.az-a bildirilib ki, bizim deputata veriləcək bir cavabımız yoxdur.

“Əgər Hüseynbala Mirələmov çox narahatdırsa, biz ona çəkilişin tam versiyasını verə bilərik. Özü dediklərinə baxsın”.

Xatırladaq ki, ATV kanalında yayımlanan görüntüdə millət vəkili bunları deyir:

“Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır”.

Mirələmov mətbuata bildirib ki, fikirləri kontektdən çıxarılıb:

“Əvvəla, kiminsə məni təhqir etməyə ixtiyarı yoxdur. İkincisi də, dediklərimin hamısı konteksdən çıxarılıb. Müsahibə verəndə zarafatla dedim ki, “indiki dövrdə xanımlarımızın çoxu fiqura saxlamaq üçün heç nə yemir-içmir”. Özü də bir neçə dəfə dedim ki, “bu, zarafatdır”. Təəssüf ki, dediklərimin hamısını montaj edərək, ancaq çılpaq yerlərini saxlayıblar. Buna görə də xalqda mənim haqqımda mənfi rəy yaranıb”.