Həmin videonun efirə gedib-getmədiyi bilinmir.
Həmin videonun efirə gedib-getmədiyi bilinmir.
Çünki kanalın loqosu videoda yoxdur.
Bu sözləri ATV-də yayımlanan ”İdeya qazandı” verilişində münsiflərin öz ideyasını təqdim edən gəncə gülmələri və onu lağa qoymaları barədə yayılan videonu Kult.az-a şərh edən MTRŞ-ın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O, videoda baş verənlərin qanun pozuntusu olmadığını da bildirib:
“ATV-də efirə getdiyi deyilən videoda ciddi qanun pozuntusu halı yoxdur. Həmin videonun efirə gedib-getmədiyi də bilinmir. Çünki kanalın loqosu videoda əksini tapmayıb. Onu da demək lazımdır ki, “İdeya qazandı” verilişi kifayət qədər orijinal layihədi. Belə layihələr gənclərə dəstək olur. Bu layihədə xırda bir məqamı qabardıb layihəni gözdən salmaq olmaz. Bu mənada burada dramatikləşdiriləcək hal yoxdur”.
Qeyd edək ki, ”İdeya qazandı” verilişi ilə bağlı yayılan videoda öz ideyasını təqdim edən gəncə münsiflərin gülməsi, gənci ələ salmaqları birmənalı qarşılanmayıb.