Xəbər verdiyimiz kimi, ATV-nin tanınmış aparıcısı Azər Zahid işdən çıxarılıb.
Xəbər verdiyimiz kimi, ATV-nin tanınmış aparıcısı Azər Zahid işdən çıxarılıb. AZXEBER.COM-un məlumatına görə, aparıcının bu hadisədən sonra ölkədən qaçdığı xəbəri yayılıb. Portalımız məsələ ilə bağlı kiçik araşdırma aparıb və məlum olub ki, Azər Zahid hazırda Dubayda istirahətdədir. O telekanaldan bir neçə həftə öncə ayrılmaq qərarı verib. Buna səbəb aparıcının telekanalın ATV dizayn qrupunun eks rəhbəri, rejissor Rauf Ocaqverdiyevlə dava etməsi olub. Belə ki, telekanalda yayımlanan “Top ulduzlar” layihəsinin çəkilişi zamanı ikili dava edib və münasibətlər pozulub. Bu səbəbdən də layihənin yarıdan çoxu efirə verilməyib. Buna qəzəblənən Azər Zahid telekanaldan ayrılmaq qərarına gəlib. Xatırladaq ki, telekanaldakı dəyişikliklərdən sonra Rauf Ocaqverdiyev də Azər Zahid kimi işdən çıxarılıb.
ATV-də işdən çıxarılan Azər Zahid telekanalın rejissoru ilə dava edibmiş – TƏFƏRRÜAT
Ən son xəbərləri bizim Facebook səhifəmizdə izləyin
Ən son xəbərləri bizim Instagram səhifəmizdə izləyin
Ən son xəbərləri bizim Youtube kanalımızda izləyin
Ən son xəbərləri bizim Teleqram kanalımızda izləyin
Ən son xəbərləri bizim TikTok səhifəmizdə izləyin
Ən son xəbərləri bizim Threads səhifəmizdə izləyin