“Müxtəlif məkanlarda kütləvi şəkildə istifadə edələn attraksionların təhlükəsizliyinin təmin olunması məqsədilə yoxlamalar aparılmalıdır. Attraksionlar təhlükə potensiallı qurğular olduğu üçün bu yoxlamaları aparmaq mütləqdir”.
Bu fikirləri təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Bakupost.az -a açıqlamasında deyib.
Onun sözlərinə görə, bütün attraksionlarda yaş məhdudiyyəti qeyd edilməli, nəzarətçilər qaydaların pozulmasının qarşısını almalıdırlar:
“Ciddi nəzarət olmalıdır, həm attraksionların texniki vəziyyətinə, həm də istifadəçilərin qaydalara riayət etməsinə. Nasaz vəziyyətdə olan atraksionların istifadəsinə icazə verilməməlidir”.
Ekspert qeyd edib ki, attraksionlar müntəzəm yoxlanışdan keçirilməlidir:
“Attraksionlardan ən çox uşaqlar istifadə edir. Bu səbəbdən də bu işə daha məsuliyyətlə yanaşmaq lazımdır. Elə attraksionlar var ki, ondan uşaqların valideynsiz istifadə etməsi qəti qadağandır. Valideyn uşaqla birlikdə olmalıdır. Amma elə attraksionlar da var ki, daha az təhlükəlidir, sakit fırlanır, sürət aşağıdır. Yenə də istənilən halda uşaqlara böyüklər nəzarət etməlidir. Ciddi nəzarət olmalıdır. Əks halda baş verən bədbəxt hadisələrin sayı artacaq”.