Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakının Binəqədi rayonunda ətrafa tüstü və qoxunun yayan sexi cərimələyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyininin mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, Binəqədi rayonu, 1-ci Mədən, korpus 2-də yerləşən qara metal əritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq keçirilib. Atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb. Analizlərin nəticələrinə görə atmosfer havasına atılan tullantıların miqdarının normadan yüksək olduğu məlum olub.
Atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün “Fərid-RL” MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.