İspaniyanın “Atletiko” komandasının futbolçusu Koke Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanmaq üçün “Qarabağ”ın köməyinə ehtiyac duyduqlarını açıqlayıb.
İspaniyanın “Atletiko” komandasının futbolçusu Koke Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanmaq üçün “Qarabağ”ın köməyinə ehtiyac duyduqlarını açıqlayıb.
“Report” “AS”a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi qrupdan çıxmaq üçün sonadək mübarizə aparacaqlarını söyləyib.
“Həmişə inanırıq, çünki devizimiz belədir. İmkan varsa, sona qədər mübarizə aparacağıq. Londona yollanıb, qalib gəlmək üçün bütün gücümüzü ortaya qoyacağıq və “Qarabağ”ın Romada müsbət nəticə əldə edəcəyinə ümid bəsləyəcəyik”, – Koke bildirib.
Qeyd edək ki, 5 turdan sonra İngiltərə təmsilçisi “Çelsi” 10 xalla C qrupunun lideridir. İkinci sıradakı İtaliya “Roma”sının 8, üçüncü yerdəki “Atletiko”nun 6, son pillədəki “Qarabağ”ın isə 2 xalı var. Sonuncu turda Londona səfər edəcək madridlilər 1/8 finala vəsiqə qazanmaq üçün mütləq qalib gəlməli və Azərbaycan çempionunun Romada uduzmamasına ümid etməlidirlər.